Kallas: “Qaydalara əsaslanan dünya nizamı həmişə bir illüziya olub”

Dünya

02.02.2026 - 22:12

“Bu, həmişə cəngəlliyin qanunu olub - kimin gücü varsa, istədiyini alacaq”

“Qaydalara əsaslanan dünya nizamı həmişə bir illüziya olub və bu, güc deməkdir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqı dfiplomatiyasının rəhbəri Kaya Kallas deyib.

"Qaydalara əsaslanan dünya nizamının bir illüziya olduğuna dair bir arqument, bir inanc var. Bu, həmişə cəngəlliyin qanunu olub - kimin gücü varsa, istədiyini alacaq. Amma hətta cəngəllikdə belə heyvanlar əməkdaşlıq edir. İnanıram ki, biz onu istəyən ölkələrlə beynəlxalq bir nizam inkişaf etdirməliyik", - deyə Kallas Oslo təhlükəsizlik konfransında çıxış edərkən deyib.

O qeyd edib ki, "kiçik ölkələr üçün qaydalara əsaslanan dünya nizamı onları qoruyur. Əgər bu işə yaramırsa, onların heç bir örtüyü yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş