Terror hücumunu həyata keçirənlər hadisə yerindən uzaqlaşıblar
Əfqanıstanın paytaxtı Kabildə növbəti dəfə terror aktı törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, “Taliban” əsgərləri avtomobillə hərəkət edərkən şəhərin mərkəzində silahlı hücuma məruz qalıblar. Nəticədə 1 əsgər ölüb, 7-si isə yaralanıb.
Terror hücumunu həyata keçirənlər hadisə yerindən uzaqlaşıblar. Onların axtarışları davam edir.