Jurnalistlər Kəlbəcərdə minaya düşüblər: İki həmkarımız həlak olub - <font color=red> FOTO</font>

Hadisə

04.06.2021 - 13:01

AzTV-nin operatoru və Azərtac-ın müxbiri həlak oldu

 

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

 

Qeyd edilib ki, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının çəkiliş qrupu Susuzluq kəndi ərazisində minaya düşüb.

 

İki jurnalistin həlak olduğu hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.

Müəllif: Ayna.az