Jurnalist Zahir Əmənov azadlığa buraxıldı

Xəbərlər

15.04.2022 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Baş redaktor barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib

Masallı rayonunda dərc olunan "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb. AYNA xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.
 
Vəkil deyib ki, Z.Əmənov barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib.
 
Qeyd edək ki, "Cenub.az" xəbər portalının rəhbəri və "Cənub xəbərləri" qəzetinin baş redaktoru  Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul almaqda günahlandırılır.
 
Xatırladaq ki, dünən bir qrup media nümayəndəsi daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək, Zahir Əmənovun azadlığa butaxılmasın onunla bağlı istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş