Jurnalist Rəşad Baxşəliyev vəfat edib

Xəbərlər

27.03.2026 - 09:42

Mərhum jurnalist bu gün dəfn olunacaq

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib. Mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığından dünyasının dəyişib.

AYNA.AZ xəbər verir ki, mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində işləyib. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. 

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş