Japarov üç naziri işdən çıxarıb

Dünya

16.02.2026 - 16:02

Boobek Ajikeev, Absattar Sırqabaev və Meder Maşiev vəzifələrindən azad olunub

Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri işdən çıxarıb. AYNA.AZ Qırğızıstan mediasına istinadən bildirir ki, Prezident Administrasiyasının Mətbuat Xidməti bu barədə məlumat yayıb.

2020-ci ildən Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən fövqəladə hallar naziri Boobek Ajikeevin işdən çıxarıldığı bildirilib.

Absattar Sırqabaev nəqliyyat və rabitə naziri vəzifəsindən azad edilib. O bu vəzifəni 2024-cü ildən bu vəzifəni tuturdu.

Vəzifədən azad edilən digər nazir isə təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşievdir. O da bu vəzifəyə 2024-cü ildə  təyin edilmişdi.

Qeyd edək ki, Japarov bir neçə gün əvvəl Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTXK) sədri Kamçıbek Taşievi vəzifəsindən azad etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş