Japarov Azərbaycana gələcək

Xəbərlər

24.04.2024 - 10:41

Qırğızıstan Prezidenti ölkəmizə rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığa dair cari məsələlər, gələcək inkişaf perspektivləri və səmərəli qarşılıqlı fəaliyyət müzakirə olunacaq.

Bundan əlavə, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Yekun olaraq prezidentlərin Birgə Bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.

Müəllif: Ayna.az