İyulda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Xəbərlər

24.08.2021 - 18:48

Azərbaycana idxal olunan avtomobillərin sayı 7731 ədəd olub

 

Bu ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 7731 ədəd, dəyəri isə 77 milyon 28 min ABŞ dolları olub.

 

Dövlət Gömrük Komitəsindən AYNA-ya verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 4-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi gətirilib.

 

Bununla yanaşı, 7307-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 404-ü yük daşımaq üçün, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Müəllif: Ayna.az