23 nəfərin də küçələrdə donaraq öldüyü üzə çıxıb
Monqolustanın paytaxtı Ulanbator şəhərində 26 nəfər spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri baş verən ölümləri yeni il şənlikləri ilə əlaqədar olaraq spirtli içki istehsalının artmasıyla əlaqələndirib.
Bundan əlavə, təhlükəsizlik qüvvələrinin araşdırmaları nəticəsində 23 nəfərin də küçələrdə donaraq öldüyü üzə çıxıb.