9-cu sinif şagirdi 3 gün öncə itkin düşmüşdü
Siyəzən rayonunda itkin düşən 9-cu sinif şagirdi tapılıb. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu ailəsinə təhvil verilib.
Qeyd edək ki, məktəbli 3 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmamışdı.