İtkin düşən hərbçimizin nəşi tapılıb

Xəbərlər

11.06.2024 - 12:19

cedabet dərman SEO Xidməti

Ceyhun Hüseynovun nəşi Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş