İtkin düşən 11 nəfər tapılıb

Xəbərlər

05.06.2024 - 12:23

cedabet dərman SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

İyunun 4-də polis itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 56 yaşlı kişi, mayın 15-də Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 26 yaşlı qadın, mayın 27-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, mayın 28-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində iki azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 29-da Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 31-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı qadın, iyunun 3-də Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın, iyunun 4-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 4-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş