Diplomatların təhlükəsiz şəkildə sərhədi keçməsi təmin edilib
Dünən axşam saatlarında “Astara” dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilib.
AYNA.AZ xəbər verir ki, İtaliyanın İrandakı səfiri və səfirliyin əməkdaşları Azərbaycandan təxliyə olunublar.
Onların təhlükəsiz şəkildə sərhədi keçməsi təmin edilib.
Təxliyə edilən şəxslərdən səkkiz nəfəri diplomat, ikisi isə mülki vətəndaşdır.