İtaliya 20 milyard avro dəyərində tank almaq istəyir

Dünya

03.07.2024 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Müqavilə bağlanarsa, bu, “Rheinmetall” tarixində ən böyük müqavilə olacaq

İtaliya silah istehsalçısı “Rheinmetall”dan 20 milyard avroya 550-dən çox tank almaq niyyətindədir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

İtaliya istehsalçıdan 350 “Lynx” piyada döyüş maşını və 200-dən çox “Panther” tankı almaq istəyir. Təxmini çatdırılma müddəti 15 ildir.

Məqalədə deyilir ki, müqavilə bağlanarsa, bu, “Rheinmetall” tarixində ən böyük müqavilə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş