İsveçrə koronavirusla bağlı ölkəyə giriş məhdudiyyətlərini ləğv edib

Dünya

03.05.2022 - 06:18

Həkimlər Klinikalar SEO Xidməti

İsveçrədə karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb

İsveçrə koronavirus pandemiyası səbəbiylə 2020-ci ilin mart ayından qüvvədə olan ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.

AYNA xəbər verir ki, bu barədə ölkənin Dövlət Miqrasiya Katibliyindən bildiriblər.

Mayın 2-dən etibarən İsveçrəyə gəldikdən sonra peyvənd sertifikatı və ya koronavirusa qarşı immunitetin olduğunu təsdiq edən sənədin təqdim edilməsinə ehtiyac yoxdur.

"Bu tarixdən (2 may) etibarən yenidən İsveçrə ərazisinə adi qaydada daxil olmaq mümkündür. İndi ölkəyə daxil olarkən peyvənd sertifikatı və ya koronavirusdan sonra sağalma haqqında arayış təqdim etməyə ehtiyac yoxdur", - deyə Katiblikdən bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş