İsveç Panama bayrağı altında Rusiyadan yola düşən gəmini saxlayıb

Dünya

12.04.2026 - 21:26

"Bazar günü səhər Sahil Mühafizəsi ətraf mühit cinayətləri şübhəsi ilə Ystad yaxınlığında gəmiyə daxil olub"

İsveç Sahil Mühafizəsi bazar günü Baltik dənizində Rusiyadan İspaniyanın Las Palmas şəhərinə gedən Panama bayrağı altında üzən “Hui Yuan” yük gəmisini saxlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Bazar günü səhər Sahil Mühafizəsi ətraf mühit cinayətləri şübhəsi ilə Ystad yaxınlığında gəmiyə daxil olub", - deyə məlumatda bildirilib.

Məlumata görə, gəmi hazırda Ystad sahilində lövbər salıb. Bildirilib ki, qanun pozuntuları ilə bağlı ilkin araşdırma başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş