İstanbulda tramvay avtobusa çırpılıb: 11 nəfər xəsarət alıb

Dünya

05.12.2022 - 13:51

Bir neçə stansiya arasında tramvayların hərəkəti dayandırılıb

İstanbulda tramvay və avtobusun iştirakı ilə qəza baş verib. Bu barədə AYNA “Anadolu” agentliyinə istinadən bildirir.

Alibeyköy bölgəsində baş verən qəzada avtobusa ciddi ziyan dəyib.

Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, 1 nəfər isə ağır yaralanıb. Xilasedicilər konstruksiyalarda sıxılmış vəziyyətdə qalmış 1 nəfəri avtobusdan çıxarmağa müvəffəq olublar.

Bir neçə stansiya arasında tramvayların hərəkəti dayandırılıb.

Müəllif: Ayna.az