“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir”
İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsrailə mümkün hücumun nəticələri barədə xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Qoy orada (İraqda – red.) nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlasın”, – Katz mesajını Türkiyənin hazırkı lideri və İraqın keçmiş Prezidentinin foto kollajı ilə təsvir edib.
Qeyd edək ki, dünən Ərdoğan deyib ki, Türkiyə keçmişdə digər ölkələr və ərazilərlə olduğu kimi, İsrailə də “girə” bilər. Ərdoğan hansı müdaxilədən söhbət getdiyini bildirməyib. O, hakim Ədalət və İnkişaf Partiyasının Rize şəhərində keçirilən toplantısında Fələstin Milli Administrasiyasına müraciət edərək, "biz çox güclü olmalıyıq ki, İsrail bu gülünc işlərə əl atmasın”, deyib.
“Biz İsrailə də girə bilərik. Bizim bunu edə bilməməyimiz üçün heç bir səbəb yoxdur... Bu addımları ata bilmək üçün güclü olmalıyıq", - Türkiyə lideri çıxışında əlavə edib.
Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinliləri soyqırımda ittiham edərək, nasist Almaniyasının lideri Adolf Hitlerin taleyini yaşayacağını bəyan edib.