Ölənlər arasında azı iki uşaq var
İsrail ordusunun endirdiyi zərbələr nəticəsində son bir neçə saat ərzində Qəzza zolağında 30-dan çox insan həlak olub. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında Fələstin anklavının mərkəzi hissəsindəki Deyr əl-Bələhdə azı iki uşaq var.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından İsrailin anklavda keçirdiyi əməliyyatlar nəticəsində 41,6 mindən çox insan ölüb, 96,2 mindən çox insan isə yaralanıb.