İsrailin Qəzzadakı məktəb binasına zərbə endirib: 30-dan çox insan həlak olub

Dünya

06.06.2024 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Anklavın mərkəzi hissəsindəki Nuseyrat düşərgəsindəki qadın və uşaqların da olduğu binaya zərbə endirilib

İsrailin Qəzza zolağında məktəbə endirdiyi zərbə nəticəsində 30-dan çox adam ölüb. AYNA bildirir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, anklavın mərkəzi hissəsindəki Nuseyrat düşərgəsindəki qadın və uşaqların da olduğu binaya zərbə endirilib.

Öz növbəsində İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İsrail qırıcıları BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərqdəki (UNRWA) məktəbində yerləşən HƏMAS düşərgəsini vurub.

Hərbçilər hücum nəticəsində bir neçə yaraqlının öldürüldüyünü iddia ediblər. İsrail atəşə tutulmazdan əvvəl mülki əhalinin zərər görmə riskini azaltmaq üçün bir sıra addımların atıldığını vurğulayıblar.

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusu Qəzza zolağında Əl-Bureyc qaçqın düşərgəsində və Deyr əl-Bələh şəhərinin şərq hissəsində hərbi əməliyyatlara başlayıb. Quru qoşunlarının daxil olmasından əvvəl İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın bölgədəki hərbi infrastrukturuna bir sıra zərbələr endirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş