Səbəb Qəzza zolağında baş verən hərbi münaqişədir
İsrailin “Eurovision 2024” mahnı müsabiqəsindəki təmsilçisi, müğənni Eden Qolanı mühafizə xidməti müşayiət edəcək. Beləliklə, onlar müsabiqə tarixində ən çox qorunan nümayəndə heyətinə çevriləcəklər. AYNA xəbər verir ki, bu barədə “Ynetnews” məlumat yayıb.
Müğənni İsraili simvolik şəkildə təmsil etdiyinə görə hücumlar üçün potensial hədəf kimi görünür.
Səbəb Qəzza zolağında baş verən hərbi münaqişədir. Mahnı müsabiqəsi böyük və fəal müsəlman əhalisi, eləcə də İsrail əleyhinə fikirləri ilə tanınan İsveçin Malmö şəhərində keçiriləcək.
Qolan “Eurovision” səhnəsində ilk çıxışını mayın 9-na planlaşdırılan ikinci yarımfinalda edəcək və burada "Hurricane" repertuarından mahnı ifa edəcək.