İsraildən Suriyaya hava hücumu olub

Dünya

21.04.2020 - 21:38

Suriyada hərbi bazaya hücum olub

 

İsrail Suriyadakı hərbi bazanı hədəfə alaraq bombalayıb.


AYNA xarici mediaya istinadən xəbər verir ki, Suriya tərəfinin məlumatında deyilir ki, Humus və Palmira şəhərlərindəki  hərbi qüvvələr İsrailə cavab olaraq müdafiə olunub. 


İsrail mediasının yaydığı xəbərdə isə bildirilir ki,  İsrail hərbi təyyarəsi T-4 hərbi bazası kimi tanınan Tiyas hərbi bazasınına havadan hücumlar edib. Məlumatda İsrail Hava Qüvvələrinə məxsus 9 əsgərin öldüyü qeyd olunur.

Müəllif: Raminə Eyvazqızı