40-a yaxın insan yaralanıb: onlardan 10-nun vəziyyəti ağırdır
İsrailin paytaxtı Təl-Əvivin şimalındakı Qailot bölgəsində yük maşını avtobus dayanacağına çırpılıb. AYNA xarici mediaya istinadən bildirir ki, İsrailin təcili tibbi yardım xidmətinin məlumatına görə, hadisə nəticəsində ölənlər olub.
Yük maşınının avtobus dayanacağında insanları vurduğu bildirilir. 40-a yaxın insan yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.