İsraildə avtomobil partladılıb: 13 nəfər yaralanıb

Dünya

13.09.2024 - 10:34

Həkimlər Klinikalar SEO Xidməti

Partlayış nəticəsində iki mağaza da yanıb

Təl-Əvivin cənub-qərbindəki Ramla şəhərində avtomobilin partlaması nəticəsində ən azı 13 nəfər xəsarət alıb. AYNA “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə Magen David Adom (Davidin Qırmızı Qalxanı) təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində iki mağaza da yanıb.

“Zərərçəkənlərdən beşinin vəziyyəti ağırdır, iki nəfərin xəsarəti isə orta-ağırdır. Yaralılar arasında dörd uşaq da var”, - məlumatda deyilir.

Polis hadisənin baş vermə şəraitini aydınlaşdırmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş