İctimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb
Təl-Əvivdə İsrail Daxili Cəbhəsi Təşkilatının göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli bildirib.
“240 bomba sığınacağı müəyyənləşdirilib, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, kütləvi tədbirlər ləğv edilib. Lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - deyə bildirib.