İsrail səfiri: “Qəzzada ölənlərin 70 faizinin qadın və uşaqlar olduğunu düşünmürəm”

Dünya

01.11.2023 - 13:37

cedabet dərman SEO Xidməti

Ben Zvi BMT-nin Qəzzada qadın və uşaqların ölümü ilə bağlı məlumatları ilə razılaşmır

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi BMT-nin Qəzzada qadın və uşaqların ölümü ilə bağlı məlumatları ilə razılaşmayıb. AYNA rus mediasına istinadən bildirir ki, diplomat ölənlərin 70 faizinin qadın və uşaqlar olduğunu düşünmür.

“Hesab edirəm ki, bu rəqəmlər sadəcə olaraq yanlışdır. BMT və digər qurumların dəqiq məlumatları yoxdur. Onlar bu məlumatları HƏMAS-ın nəzarətində olan Fələstin Səhiyyə Nazirliyindən alırlar. Həqiqətən də bütün bu məlumatları yoxlamaq lazımdır” deyə səfir qeyd edib.

Onun fikrincə, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarininin məlumatları reallığa uyğun gəlmir.

Bundan əlavə, diplomat İsrailin mülki şəxslərə hücum etmədiyini və hər mülki insanın ölümünə başsağlığı verdiyini bəyan edib.

Bundan əvvəl BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayını açıqlamışdı. Lazzarini bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra üç həftə ərzində anklavda təxminən 3200 uşaq ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş