İsrail Qəzzaya gedən gəmini saxlayıb

Dünya

09.06.2025 - 11:51

cedabet dərman SEO Xidməti

“Madleen” gəmisinin bütün sərnişinləri öz ölkələrinə göndəriləcək

Qəzza zolağına gedən isveçli ətraf mühit fəalı Qreta Tunberqin olduğu gəmi İsrail sahillərinə doğru üzür. AYNA.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində yəhudi dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məşhurların” “selfie yaxtası” sağ-salamat İsrail sahillərinə doğru gedir”, - bildirilib.

Qeyd olunub ki, “Madleen” gəmisinin bütün sərnişinləri öz ölkələrinə göndəriləcək.

İsrail Xarici İşlər Nazirliyi Tunberqi təxribat törətmək cəhdində ittiham edib. Eyni zamanda, Xarici İşlər Nazirliyi gəmidə olan humanitar yardımın hələ də “əsl humanitar kanallarla” Fələstin anklavına çatdırılacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş