İsrail Qəzzadan altı girovun cəsədini qaytarıb

Dünya

20.08.2024 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilər beş girovun 2024-cü ilin əvvəlində öldürüldüyünə inanırlar

İsrail Müdafiə Qüvvələri keçən il oktyabrın 7-də İsrailin cənubuna hücumdan sonra Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən əsir götürülən 34-80 yaş arası altı girovun cəsədlərini Qəzza zolağından geri qaytarıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Hərbçilər beş girovun 2024-cü ilin əvvəlində öldürüldüyünə inanırlar. Onların ölüm xəbəri yayda verilib. İsrail ordusu qurbanlardan birinin öldüyü barədə məlumat verməyib. Altısının cəsədinin hamısı Qəzzada tuneldə tapılıb.

İsrail Müdafiə Qüvvələri HƏMAS tərəfindən əsir götürülənlərin ölümləri ilə bağlı vəziyyətləri araşdırmağa davam edəcəyini bildirib. Hərbçilər həmçinin girovların İsrail ordusunun atəşinə məruz qalıb-qalmadığını yoxlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu həlak olanların ailələrinə başsağlığı verib. Baş nazir bildirib ki, İsrail Qəzza zolağında qalan bütün girovların qaytarılması üçün səylərini davam etdirəcək.

İsrail hakimiyyətinin məlumatına görə, ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS-ın əlində hələ də 109 nəfər əsirdir. Onların üçdə birinin öldüyü ehtimal edilir.

Ötən oktyabrda HƏMAS-ın İsrailin cənubuna hücumu zamanı 1200-dən çox insan həlak olub. 250-dən çoxu cihadçılar tərəfindən qaçırılaraq Qəzzaya aparılıb.

Ötən ilin noyabrında atəşkəs zamanı 105 girov azad edilib. Onlar İsrail həbsxanalarında cəza çəkən fələstinli məhbuslarla dəyişdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş