Ordu geri çəkilərək razılaşdırılmış cəbhə xətlərində yerləşməyə başlayıb
Fələstinin HƏMAS hərəkatı ilə əldə edilmiş razılaşma çərçivəsində İsrail ordusu Qəzza zolağında razılaşdırılmış mövqelərə doğru geri çəkilir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, ordu gecə saatlarında və bu gün səhər Qəzza sektorunda əvvəlki mövqelərindən geri çəkilərək razılaşdırılmış cəbhə xətlərində yerləşməyə başlayıb.
Razılaşmanın ilk mərhələsində İsrail ordusunun bəzi bölmələri Qəzzadan tamamilə çıxarılacaq, bəzi bölmələr isə razılaşdırılmış mövqelərə yerləşəcək.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının geri çəkilməsi prosesini oktyabrın 10-u günorta saatlarınadək başa çatdırmağı planlaşdırır.