Bu, anklavdakı münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsidir
İsrail hökuməti Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, anklavdakı münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsidir.
İsrailin Baş naziri Benyamin Netanyahunun kabinet iclasından sonra yayılan qısa bəyanatda deyilir: "Hökumət bütün girovların – həm diri, həm də ölü azad edilməsinə dair razılaşmanı təsdiqləyib".