İsrail Qəzzada girov mübadiləsinə razılıq verib

Dünya

25.03.2024 - 12:46

cedabet Klinikalar SEO Xidməti

Qəzza zolağında HƏMAS-ın saxladığı 40 israilli ilə təxminən 700 fələstinlinin dəyişdirilməsi gözlənilir

İsrail ABŞ-ın fələstinli əsirlərin Qəzzada israilli girovlarla dəyişdirilməsi təklifini qəbul edib. AYNA xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadən məlumat yayıb.

İsrail rəhbərliyinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsin mübadilə şərtləri ilə bağlı təklifini qəbul etdiyi bildirilir. Börns Qətərin paytaxtı Dohada İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında mübadilə danışıqlarında iştirak edib.

Razılaşmaya əsasən, Qəzza zolağında HƏMAS-ın saxladığı 40 israilli ilə təxminən 700 fələstinlinin dəyişdirilməsi gözlənilir.

CNN mənbəsi mübadiləni təsdiqləsə də, Qəzza zolağına humanitar yardımın çatdırılması və anklavda İsrail hərbçilərinin olması da daxil olmaqla, həll olunmamış məsələlərin qaldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş