Dəməşqə endirilən zərbə nəticəsində iki mülki şəxs yaralanıb
İsrail Müdafiə Qüvvələri (IDF) Suriya Baş Qərargahının Dəməşqdəki binasına zərbələr endirib. AYNA.AZ xəbər verir ki, bu barədə məlumat IDF-in “X” səhifəsində dərc olunub.
"IDF Suriyanın cənubunda druz dinc sakinlərinə qarşı hadisələri və hərəkətləri izləməyə davam edir və siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq bu əraziyə zərbələr endirir", - bildirilibn.
Suriya mətbuatının məlumatına görə, İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində iki mülki şəxs yaralanıb.