8 nəfər yaralanıb, 8 nəfər isə ölüb
İsrail Müdafiə Qüvvələri Qəzzada xəstəxaya tanklardan atəş açıb. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrail tanklarının "Əl-Şifa" xəstəxanasının ətrafında mövqe tutaraq binaya atəş açdığı vurğulanıb.
Qeyd olunub ki, atəş nəticəsində xəstələr və tibb işçiləri arasında ən azı səkkiz nəfər yaralanıb, 8 nəfər ölüb.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı İsrail ordusu tərəfindən təqdim edilən və Qəzza zolağındakı "Əl-Şifa" xəstəxanasında HƏMAS tərəfindən girovların saxlandığını əks etdirən foto və videoları saxta adlandırmışdı.