HƏMAS Siyasi Bürosu rəhbərinin müavininin evi partladılıb
İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilini atəşə tutub və Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurinin evini partladıb. AYNA xəbər verir ki, “Telegram”da partlayışın görüntülərini yayılıb.
Görüntülərdə HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Arurinin Fələstinin Arura şəhərindəki evinə raketin uçduğu görünür.
Hərbi mənbələrin məlumatlarına görə, Arurinin evi bombalansa da, onun vəziyyəti hələ məlum deyil.
İsrail ordusunun rəsmiləri həmçinin bildiriblər ki, İsrail ordusu 24 saat ərzində HƏMAS-ın 300-ə yaxın hədəfini, o cümlədən tunellərdəki raket qurğuları və qırıcıları vurub.