İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcək

Dünya

20.10.2024 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

“İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır”

İsrail ölkənin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab verəcək. AYNA xəbər verir ki, bu barədə “The Jerusalem Post” diplomatik mənbələrə istinadən yazıb.

“Sui-qəsd cəhdinə cavab veriləcək. İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır. Çünki İsrailə qarşı çıxan Livanın şiə təşkilatı “Hizbullahı” dəstəkləməkdə davam edir”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Baş nazirin iqamətgahına hücum şənbə günü, oktyabrın 19-u səhər saatlarında baş verib. Livandan "Hizbullah" tərəfindən buraxılan pilotsuz təyyarə iqamətgaha düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı evdə olmayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş