İsrael Katz: "Adının və ya harada gizlənməsinin fərqi yoxdur"
İsrail müdafiə naziri İsrael Katz İranın növbəti Ali Rəhbərini "açıq hədəf" adlandırıb. AYNA.AZ xəbər verir ki, Katz bu barədə “X” sosial media platformasında yazıb.
"Adının və ya harada gizlənməsinin fərqi yoxdur", - deyə qeyd edib.
Katz əlavə edib ki, İsrail Müdafiə Qüvvələrinə Seyid Əli Xameneyinin varisini öldürməyə hazırlaşmaq üçün təlimat verib.