İsrail-Livan danışıqlarının ikinci raundu olacaq

Dünya

21.04.2026 - 11:19

“Biz iki hökumət arasında birbaşa, xoşməramlı müzakirələri davam etdirəcəyik”

ABŞ Dövlət Departamenti aprelin 23-də İsrail və Livan arasında danışıqların ikinci raunduna ev sahibliyi edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Dövlət Departamentindən qeyd olunub.

"ABŞ aprelin 14-də başlayan məhsuldar əməkdaşlığı alqışlayır. Biz iki hökumət arasında birbaşa, xoşməramlı müzakirələri davam etdirəcəyik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, danışıqların ilk raundu aprelin 14-də baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş