İsrail İranın yeni Ali Rəhbərinə müraciət edib

Dünya

17.03.2026 - 20:05

İsrailin xarici işlər naziri Xameneyinin üzünü göstərməsini istəyib

İsrailin xarici işlər naziri Gideon Saar İranın yeni Ali Rəhbəri Müctəba Xameneyidən üzünü göstərməsini tələb edib. AYNA.AZ xəbər verir ki, nazir bu açıqlamanı estoniyalı həmkarı Margus Tsahkna ilə birgə mətbuat konfransında verib.

Diplomat bildirib ki, 16 mart axşamı İsrail Müdafiə Qüvvələrinin zərbələri zamanı SEPAH-ın Bəsic milis komandanı Qulamrza Süleymani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb və onlarsız “iranlılar daha təhlükəsiz olublar”.

“Yeri gəlmişkən, biz hələ də Müctəbanı görməmişik. Onu görmək istəməzdinizmi, nazir?”, deyə Saar estoniyalı həmkarından soruşub.

O İranın Ali Rəhbərinin “gizlənməyə davam edə” biləcəyini, amma üzünü göstərməli olduğunu deyib: “Çünki onun yoxluğu İran rejimini rüsvay etməyə başlayıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş