Beyruta endirilən hava zərbəsi nəticəsində Süheyl Hüseyn Hüseyni öldürülüb
İsrail Müdafiə Qüvvələri (IDF) Beyruta endirilən hava zərbəsi nəticəsində “Hizbullah”ın İrandan silah tədarükünə cavabdeh olan Süheyl Hüseyn Hüseyninin öldürüldüyünü açıqlayıb.
AYNA-nın “The Times of Israel” qəzetinə istinadən verdiyi məlumata görə, Hüseyni bu silahların həm daşınmasına, həm də Livanın "Hizbullah" radikal qruplaşmasının bölmələri arasında paylanmasına nəzarət edirdi.
Hüseyni İsrail ordusundan bildirilib ki, Hüseyni “Hizbullah”ın ən mühüm layihələri üçün büdcə və logistika, o cümlədən Livan və Suriyadan İsrail dövlətinə qarşı terror hücumlarının koordinasiyasına cavabdeh olub.
İsrailin Livanda quru əməliyyatı başlayandan bəri “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullah və müxtəlif rütbəli 30 komandir də daxil olmaqla, təxminən 450 üzvü öldürülüb.