76 yaşlı rahib ağır kəllə-beyin travması alıb və onun həyatını xilas etmək mümkün olmayıb
Bir kişi ispan monastırına girərək qışqırıb: "Mən İsa Məsihəm!" və rahiblərə hücum edib. AYNA xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Hadisə noyabrın 9-da Valensiyadan şimalda, Gileta şəhərindəki Santo Espiritu del Monte monastırında baş verib. Məlumata görə, naməlum şəxs hasardan tullanaraq monastırdakı rahiblərə hücum edib.
Nəticədə 76 yaşlı rahib ağır kəllə-beyin travması alıb. Rahib xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hücum nəticəsində daha 7 din xadimi yaralanıb.