Rusiyaya qarşı tətbiq olunan sanksiyalar artmaqda davam edir
İspaniyada Ukrayna-Rusiya müharibəsi başlayandan rus oliqarxlara qarşı tətbiq edilən sanksiyalar çərçivəsində 3 yaxta, 23 mülk və 12 bank hesabına müvəqqəti həbs qoyulduğu açıqlanıb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökumətində baş nazirliyin direktoru Oskar Lopez parlamentə təqdim etdiyi Milli Təhlükəsizlik Strategiyasında rus oliqarxlara tətbiq edilən sanksiyalarla bağlı məlumatı açıqlayıb.
Lopez Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə kimi sanksiyaya məruz qalacaq Rusiya oliqarxları siyahısında olan 5 nəfərin bankdakı 12 investisiya və şəxsi hesabı, 3 lüks yaxtası və 23 mülkünün müvəqqəti müsadirə edildiyi barədə məlumat paylaşıb.