İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

Xəbərlər

04.07.2021 - 19:52

Həkimlər Klinikalar SEO Xidməti

Onlara qaydalar izah edilib və barələrində inzibati protokol tərtib olunub

 

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə, piyada keçidlərində nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktiki tədbir keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb ki, onlara qaydalar izah edilib və barələrində inzibati protokol tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş