İsmayıl Xətib öldürülüb

Dünya

18.03.2026 - 14:32

İsrail İranın kəşfiyyat nazirini öldürüb

İsrail Müdafiə Qüvvələri İranın kəşfiyyat naziri İsmayıl Xətibi öldürüb. AYNa.AZ xəbər verir ki, bu barədə İsrailin “12-ci Kanal”ı məlumat yayıb.

Bildirilib ki, "Xətibin əhəmiyyəti İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və digər yüksək vəzifəli rejim rəsmilərinin əhəmiyyətindən daha azdır, lakin o, şübhəsiz ki, təhlükəsizlik sahəsində mühüm bir fiqurdur".

"The New York Times" qəzeti əvvəllər Laricaninin ölümündən sonra Tehranda narahatlığın artdığını yazıb. Qəzetin məlumatına görə, İran rəsmiləri növbəti hədəfin kim ola biləcəyini düşünürlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş