İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girişə 50 il qadağa qoyulub

Xəbərlər

11.07.2025 - 17:45

Diplomat internetdə millətlərarası münaqişənin qızışdırmaqda ittiham edilib

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq diplomat İsfəndiyar Vahabzadəyə 50 il müddətində Rusiya ərazisinə daxil olmaq qadağan edilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi qərar qəbul edib. Məlumatı Rusiya DİN yayıb.

“Bu gün Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girşinin 50 il qadağan edilməsi barədə qərar qəbul edilib. O internetdə millətlərarası münaqişənin qızışdıran ifadələrə yol verib“, deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, İ.Vahabzadə LDPR-in sədri V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediyi təhdidlərə sərt cavab verib və onu “donuz” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş