İrlandiya 500 milyondan çox istifadəçinin məlumatlarının sızmasına görə "Meta"nı cərimələyib
"Meta Platforms Inc" yarım milyarddan çox "Facebook" istifadəçisinin məlumatlarının sızmasının qarşısını ala bilmədiyi üçün İrlandiya Məlumatların Mühafizəsi Komissiyası tərəfindən 265 milyon avro cərimələnib.
AYNA xəbər verir ki, 106 ölkədə 533 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarının sızdırıldığı keçən il adlar, doğum tarixləri, telefon nömrələri və e-poçt ünvanlarından ibarət məlumat bazasının hakerlərin forumunda yerləşdirildikdən sonra məlum olub.
Bu, Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində indiyə qədər üçüncü ən böyük cərimədir. Bu qaydalar toplusuna əsasən, Avropa tənzimləyiciləri şirkətləri illik gəlirlərinin 4%-ə qədər cərimələyə bilər.