IRIB: İran Hərbi Dəniz Qüvvələri Hind okeanında ABŞ esminesi vurub

Dünya

04.03.2026 - 14:39

ABŞ esminesi SEPAH donanmasının “Qədr 380” və “Talaieh” raketləri ilə vurulub"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Hind okeanında ABŞ esminesinə hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə IRIB xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib: "Bu əlamətdar əməliyyat çərçivəsində bir sıra tədbirlərin bir hissəsi olaraq, Hind okeanında İran sahillərindən 650 km məsafədə ABŞ tankerindən yanacaq dolduran ABŞ esminesi SEPAH donanmasının “Qədr 380” və “Talaieh” raketləri ilə vurulub".

Kəşfiyyat məlumatları göstərir ki, gəminin göyərtəsində böyük yanğın baş verib.

 Esminestin adı da daxil olmaqla, əlavə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş