İrəvanda vətəndaş itaətsizliyi aksiyası başlayıb

Dünya

13.05.2024 - 10:01

Həkimlər Klinikalar SEO Xidməti

Etirazçılar paytaxtın mərkəzində küçələri bağlayıblar

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

“Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.

Bir müddət sonra aksiyanın keçirildiyi yerə toplaşan polis qüvvələri yolu kəsib və nəqliyyatın hərəkətini bərpa edib.

Hazırda Teryan və Abovyan küçələri, həmçinin Myasnikyan prospekti qismən bağlanıb.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri və “Vətən üçün Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə bazar ertəsi saat 08:00-dan etibarən kütləvi itaətsizlik aksiyaları elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş