Naməlum şəxs onu silahla hədələyərək “iPhone”unu və pulunu oğurlayıb
Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı olan turist qarət edilib. AYNA erməni mediasına istinadən bildirir ki, oktyabrın 17-də axşam saatlarında Rusiya Federasiyasının vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Kaskad ərazisində naməlum şəxs onu silahla hədələyərək “iPhone”unu və pulunu oğurlayıb.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.
Cinayət törətdiyi iddia edilən şəxsin kimliyi müəyyən edilib. O, 25 yaşlı Armavir sakinidir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.