İrəvanda etirazçılar yolu bağlayıblar

Dünya

11.06.2024 - 10:58

Şəhərdə zəncirlər avtomobillərin keçməsinə mane olduğundan tıxaclar yaranıb

İtaətsizlik aksiyası çərçivəsində “Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları İrəvanın Myasnikyan prospektini zəncirlərlə bağlayıblar. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” “Telegram” kanalı yazıb.

Şəhərdə zəncirlər avtomobillərin keçməsinə mane olduğundan tıxaclar yaranıb. Polis improvizə edilmiş vasitələrlə onları dağıtmalı olub.

Myasnikyan prospekti yaşayış məntəqələri ilə İrəvanın mərkəzini birləşdirir.

Ermənistanda etirazçılar hazırkı Baş nazir Nikol Paşinyanın bir neçə sərhəd kəndini Azərbaycana keçirmək qərarına görə onu devirməyə çağırırlar.

Bundan əvvəl məlum olub ki, Ermənistan Parlamenti hökumətin istefası ilə bağlı layihəyə baxacaq. Bu məsələ iyunun 17-də müzakirə olunacaq.

Müəllif: Ayna.az