İrəvanda aksiya: Baş nazirdən tələb

Dünya

22.01.2026 - 15:41

Etirazçılar Qarabağda dəfn edilən qohumlarının məzarının Ermənistana köçürülməsini istəyirlər

Yanvarın 22-də Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Qarabağda dəfn edilən insanların qohumları cəsədlərin eksqumasiyasını və Ermənistana qaytarılmasını tələb ediblər.

Etirazçılardan biri jurnalistlərə bildirib: "Baş nazir Nikol Paşinyana müraciət etdik və tələb etdik ki, qohumlarımızın məzarlarını ziyarət edə bilmək üçün cəsədləri Ermənistana aparmaq istəyirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş